lider-media.az

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Saatlıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Baxış: 5 Tarix: 23-04-2025, 12:18

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova aprelin 22-də Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Saatlı, Sabirabad, İmişli, Beyləqan, Ağcabədi, Masallı, Neftçala və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, əkin sahələrinin sığortalanması, əkin və məhsul subsidiyası, işğaldan azad edilmiş ərazilərdə torpaq sahəsinin ayrılması, heyvandarlıq təsərrüfatlarının işğaldan azad edilmiş ərazilərə köçürülməsi və digər məsələlərlə bağlı olub.Nazir müavini İlhamə Qədimova hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Daha sonra nazir müavini İlhamə Qədimova Saatlı rayonunun Qaracalar kəndində fermer Ələsgər Məmmədova məxsus intensiv nektarin, ərik və əncir bağlarına baş çəkib. Görüşdə Aqrar Subsidiya Şurasının 2025-ci təsərrüfat ili üçün qəbul etdiyi qərarlar, çoxillik əkinlərə verilən birdəfəlik əkin subsidiyası, bağçılığın inkişafına dövlət dəstəyi mexanizmləri, suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi istiqamətində stimullaşdırıcı addımlar və digər mövzularda fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi