lider-media.az

Bakı Şəhəri üzrə Təhsil İdarəsi oktyabr ayının statistikasını açıqlayıb

Baxış: 1183 Tarix: Сегодня, 10:52

post-img

Oktyabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 15 min 533 müraciət daxil olub. İdarədən  bildirilib ki, daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub. Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 7 905 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 2 821 müraciət daxil olub.BŞTİ-yə 4 229 sənəd (vətəndaşlar tərəfindən 1 720 ərizə, Elm və Təhsil Nazirliyindən 1 147, digər qurumlardan 415, tabelikdə olan təhsil müəssisələrindən 625 məktub və 322 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 578 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, şagird yerdəyişməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi