lider-media.az

Rəsmi qurumdan bələdiyyələrə xəbərdarlıq

Baxış: 1166 Tarix: Сегодня, 10:47

Son dövrlərdə özlərini Ədliyyə Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslər bələdiyyə üzvlərinə zəng edərək müxtəlif adlar altında pul tələb edirlər. Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, qurumun bələdiyyələrlə bağlı fəaliyyəti onların işinin təşkilinə kömək göstərmək, metodoloji yardım etmək və inzibati nəzarəti həyata keçirməklə məhdudlaşır. Qeyd olunub ki, bu fəaliyyətlə əlaqədar Ədliyyə Nazirliyinə dövlət rüsumunun və ya hər hansı digər adda vəsaitin ödənilməsi nəzərdə tutulmayıb. Bələdiyyələrə belə ödəniş tələbləri də irəli sürülmür.Nazirlik bələdiyyələrin vəzifəli şəxslərinə diqqətli olmağı, şübhəli zəng və mesajlara, eləcə də digər vasitələrlə edilən qanunsuz ödəniş tələblərinə inanmamağı tövsiyə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi