8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar Azərbaycanda fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 6-10 noyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.Məlumata əsasən, AYNA şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişindaşımaları yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, kassalardan tariflərə uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyata keçirilməsi, yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, həmçinin avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq.
Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobusun buraxılması təmin ediləcək.
Vətəndaşlar biletləri avtovağzalların kassalarından, həmçinin, "biletim.az" portalından onlayn qaydada əldə edə bilərlər. Qeyd edək ki, "biletim.az" portalında 61 məntəqəyə 97 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 379 reys olmaqla 426 nəqliyyat vasitəsi qoşulub.
Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada "biletim.az" portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.
Tətbiqdə aparılan çoxsaylı təkmilləşdirmələr və əlavə edilən funksionallıqlar biletin əldə olunması prosesini sürətləndirib və asanlaşdırıb.

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
Blez Paskal: 39 illik ömrə sığmayan bir dahinin ağrı, ağıl və Tanrı axtarışı
Ankarada Azərbaycanın biznes və investisiya mühiti təşviq edilib
Leyla Əliyeva "Nine senses" incəsənət mərkəzindən paylaşım edib
Ucarda fermerlərin toxum təminatına dəstək məqsədilə satış məntəqəsi fəaliyyətə başlayıb
Sağlam arıqlamaq üçün nə etməli?
Səhiyyə naziri Anar Bayramov 3-cü Beynəlxalq Sağlamlıq Turizmi Konfransında iştirak edib
Bayram günlərində avtovağzallar gücləndirilmiş rejimdə çalışacaq
XƏBƏRDARLIQ
Noyabrın 5-də gözlənilən hava şəraiti
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
“Toyota Prado” ana və arabadakı körpəsinin üstündən keçib
Reinteqrasiya tədbirləri nəticəsində 953 uşaq müəssisələrdən ailələrinə qaytarılıb
İpoteka və Zəmanət Fonduna 89 milyon manat ayrılacaq
Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsinin müzakirəsi
İkinci Tyanşan Forumunda Azərbaycanın Mərkəzi Asiya regionu ilə əməkdaşlıq prioritetləri diqqətə çatdırılıb
Vətən müharibəsinin 39-cu günü: Azərbaycan Ordusunun irəliləyişi və düşmənin artan müqaviməti
Bakı Şəhəri üzrə Təhsil İdarəsi oktyabr ayının statistikasını açıqlayıb
Rəsmi qurumdan bələdiyyələrə xəbərdarlıq
Böyük Qayıdış proqramı çərçivəsində növbəti ekoloji maarifləndirici görüşlər

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb