lider-media.az

FHN-in İdman-sağlamlıq klubunun üzvü dünya çempionatında bürünc medal qazanıb

Baxış: 23389 Tarix: 30-10-2025, 10:38

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun taekvondo üzrə və Azərbaycan yığma komandasının üzvü Qaşım Maqomedov Çin Xalq Respublikasının Uşi şəhərində keçirilən dünya çempionatında yüksək nəticə əldə edib.

Belə ki, 100-dən çox müxtəlif ölkənin 1000-ə yaxın idmançısının iştirak etdiyi çempionatda 58 kq çəki dərəcəsində Qaşım Maqomedov Hindistan, Özbəkistan, Serbiya və Türkiyəli idmançılar üzərində qələbə qazanaraq fəxri kürsünün bürünc medalına yiyələnməyi bacarıb. Qalibə medal və diplom təqdim edilib. Çempionata oktyabr ayının 30-da yekun vurulacaq.

Qeyd edək ki, Qaşım Maqomedov Fransanın paytaxtı Paris şəhərində XXXIII Yay Olimpiya Oyunlarında 58 kq çəki dərəcəsində Olimpiya Oyunlarının gümüş medalını qazanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi