lider-media.az

Körpüyə aparan yanaşma yollarının genişləndirilməsi davam etdirilir VİDEO/FOTO

Baxış: 23331 Tarix: 28-10-2025, 11:13

Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində, dəmir yolu xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpüyə aparan yanaşma yollarının genişləndirilməsi işləri davam etdirilir.

Layihə çərçivəsində mövcud yolların eni artırılaraq hər istiqamət üzrə iki zolaq olmaqla ümumilikdə 4 hərəkət zolaqlı yola çevrilir. Genişləndirmə işləri ilə yanaşı, zəruri sahələrdə istinad divarlarının tikintisi və vətəndaşların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə piyada səkilərinin inşası da nəzərdə tutulub.

Artıq istinad divarının alt hissəsində svay vurma işləri tamamlanıb. Hazırda istinad divarlarının inşası və uçqun riski olan ərazilərdə dolğu işləri həyata keçirilir. Bu mərhələnin başa çatmasından sonra mövcud asfalt örtüyünün frezlənməsi, yeni asfalt örtüyünün döşənməsi və piyada səkilərinin tikintisi işlərinə başlanılacaq.

Xatırladaq ki, bir müddət əvvəl Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən, istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan 2 hərəkət zolaqlı avtomobil körpüsü Nəqliyyatı Əlaqələndirmə Şurasının qərarına əsasən sökülüb, onun yerində 4 hərəkət zolaqlı yeni körpü inşa edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi