lider-media.az

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baxış: 386 Tarix: 16-05-2024, 22:44

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusunun verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 529 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusu verilsin.

2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 16 may 2024-cü il

№ 258

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi