lider-media.az

Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun anım mərasimi keçirilib

Baxış: 23813 Tarix: 25-10-2025, 12:39

Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun xatirəsinə həsr edilən anım mərasimi keçirilib. 
Tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 
Anım mərasimində çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı tarixi Qələbədən, bu şanlı Zəfərin qazanılmasında Ramiz Qasımov kimi igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açaraq şəhidin şərəfli həyat yolu haqqında məlumat veriblər.
Vətən Müharibəsi Qəhrəmanının ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi