lider-media.az

Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

Baxış: 23324 Tarix: 21-10-2025, 19:54

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti Türkiyədə səfərdədir.

Səfər zamanı AHİK nümayəndələri Türkiyə İşçi Həmkarlar İttifaqları Konfederasiyasının sədri Ərgün Atalay və Türk-Metal Konfederasiyasının rəhbəri Uysal Altundağ ilə görüşlər keçirib.

Görüşlərdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərindən danışılıb, dövlət başçıları - cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı səyləri, siyasi iradəsi nəticəsində bütün sahələr üzrə əməkdaşlığın ən yüksək səviyyədə olduğu vurğulanıb.

Qeyd edilib ki, Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında inkişaf edən əlaqələr üzvlərin maraqlarına xidmət edir, aparılan təcrübə mübadiləsi əmək hüquqlarının müdafiəsində önəmli rol oynayır.

Tərəflər ölkələrimizin həmkarlar ittifaqları arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi