lider-media.az

Azərbaycan müdafiə naziri "Birlik - 2025" təlimində iştirak edən heyətlə görüşüb - VİDEO

Baxış: 29380 Tarix: 21-10-2025, 19:51

Özbəkistanda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov "Birlik - 2025" birgə regional təlimində  ölkəmizi təmsil edən hərbi qulluqçularla görüşüb. 
Keçirilən təlimin ölkələrimiz arasında birgə regional fəaliyyətin effektivliyinə təsirini xüsusi vurğulayan müdafiə naziri təlimdə yüksək peşəkarlıq və bacarıq nümayiş etdirən Azərbaycan Ordusunun komando və PUA heyətlərinin döyüş hazırlığını yüksək qiymətləndirib.
General-polkovnik Z.Həsənov bu cür birgə təlimlərin ordularımızın yüksək döyüş qabiliyyətinin göstəricisi olduğunu bildirib. 
Nazir təlim iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayaraq "Birlik - 2025" birgə regional təliminin yüksək səviyyədə təşkil olunmasından məmnunluğunu ifadə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi