lider-media.az

Şəhidlərə həsr olunmuş nəşrlər MEK-ə təqdim olunub

Baxış: 232 Tarix: 18-10-2025, 16:58

Birinci Qarabağ müharibəsi şəhidlərininailə üzvləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət ediblər.


Görüş zamanı şəhidlərin ailə üzvləri “Qarabağ müharibəsi qəhrəmanları” fondunda Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçılarına həsr olunmuş guşələr, onların fotoşəkilləri, eləcə də şəhidlərin şəxsi kitabxanalarından ailələri tərəfindən fonda hədiyyə edilən kitablardan ibarət kolleksiya ilə tanış olublar.


 

Dəyirmi masa ətrafında davam edən görüşdə MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov şəhidlərin unudulmamasında bu cür görüşlərin keçirilməsinin vacibliyini qeyd edib. Gənclərə vətənpərvərlik hisslərinin aşılanması və qəhrəman şəhid oğullarımızın ictimaiyyətə daha yaxından tanıdılması baxımından fondun əhəmiyyətindən danışan direktor, şəhidlərin ailə üzvlərinin, yazıçıların, ictimai xadimlərin iştirakı ilə mütəmadi olaraq tədbirlər keçirildiyini, görkəmli alimlərin buranı ziyarət etdiyini vurğulayıb.


 

Fondun ən ali məqsədinin şəhidləri tanıtmaq, yaşatmaq olduğunu deyən MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun rəhbəri Röksanə Səfərzadə burada toplanan hər bir ədəbiyyatda qəhrəman oğullarımızın hekayəsinin əks olunduğunu böyük qürurla nəzərə çatdırıb.


 

Daha sonra Birinci Qarabağ müharibəsi qazisi, istefada olan mayor, vətənpərvər şair Cavanşir Qənbər “And yerim vətən” adlı şeirlər toplusunu təqdim edərək bildirib ki, şəhidlər məhz burada toplanan kitabların, məlumatların sayəsində yaşayacaq, unudulmayacaq.


 

Birinci Qarabağ müharibəsi qazisi, ehtiyatda olan mayor Əmrah Cabbarlı isə kitabxanada yaradılan yüksək şəraitə və qayğıya görə MEK rəhbərliyinə minnətdarlığını bildirib.


 

Görüşdə Birinci Qarabağ müharibəsi şəhidləri Əhməd Quliyev, Emin Cəfərov, Arif Allahverdiyev, Ələkbər Hacıyevin şərəfli döyüş yoluna nəzər salınıb, yaxınlarının onlarla bağlı xatirələri dinlənilib.


 

Sonda şəhid ailə üzvləri tərəfindən “Vətən sevgisi”, “Qələbə müjdəli Vətən”, “Şəhidlik zirvəsi”, “Dastana sığmayan ömür” adlı nəşrlər Mek-ə hədiyyə edilib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi