lider-media.az

COP29 çərçivəsində dünya dini liderlərinin zirvə görüşü iqlim dəyişmələri problemlərinin həllində siyasət və din xadimlərinin həmrəyliyinin vacibliyini təsdiqləyəcək

Baxış: 202 Tarix: 15-05-2024, 18:56

COP29 çərçivəsində dünya dini liderlərinin zirvə görüşü iqlim dəyişmələri problemlərinin həllində siyasət və din xadimlərinin həmrəyliyinin vacibliyini təsdiqləyəcək

Bu ilin noyabrında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində nəzərdə tutulmuş dünya dini liderlərinin zirvə görüşü, əminəm ki, qlobal iqlim dəyişmələri problemlərinin həllində siyasət və din xadimlərinin həmrəyliyinin vacibliyini bir daha təsdiq edəcəkdir.

Lider-media.az xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Kral Abdullah bin Əbdüləziz Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Lissabonda təşkil etdiyi Qlobal Dialoq Forumunun iştirakçılarına məktubunda yer alıb.

“Hazırda planetimizin müxtəlif bölgələrində, fərqli coğrafiyalarda baş verən geostrateji ziddiyyətlər beynəlxalq təhlükəsizlik arxitekturasının dəyişməkdə olduğunu göstərir, ikitərəfli və çoxtərəfli münasibətlərdə yeni yanaşmalar tələb edir. Müasir çağırışlar dinin cəmiyyət həyatında və beynəlxalq münasibətlərdə rolunun düzgün müəyyənləşdirilməsi, dindən siyasi məqsədlər üçün istifadəyə yol verilməməsi və sivilizasiyalararası əməkdaşlığın gücləndirilməsi zərurətini qarşıya qoyur”, - deyə məktubda vurğulanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi