lider-media.az

Əflatun Amaşova daha bir vəzifə verildi

Baxış: 40287 Tarix: 15-10-2025, 13:32

Rəsmi dövlət qəzeti “Xalq qəzeti”ndə struktur dəyişikliyi olub.  Mətbu orqanda direktor vəzifəsi yaradılıb.

Həmin vəzifəyə qəzetin baş redaktoru Əflatun Amaşov təyinat alıb.

O, bundan sonra “Xalq qəzeti”nin həm direktoru, həm də baş redaktoru vəzifəsini daşıyacaq. Qeyd edək ki, “Xalq qəzeti”nin təsisçisi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsidir.

Xatırladaq ki, Ə.Amaşov 26 aprel 1957-ci ildə Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1985-1994-cü illərdə Azərbaycan Dövlət İnformasiya Agentliyində (AzərTAc-da) müxbir, şöbə müdiri, redaktor, Baş redaktor və Baş direktorun birinci müavini vəzifələrində çalışıb. 22 il Mətbuat Şurası İdarə Heyətinin sədri və V çağırış Milli Məclisin deputatı olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi