lider-media.az

Pakistanın Pəncab əyalətinin baş naziri ilə görüşdə

Baxış: 34215 Tarix: 15-10-2025, 13:06


Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşündə iştirak etmək məqsədi ilə  Pakistanda səfərdədir. Oktyabrın 14-də Milli Məclisin sədri Sahibə Qafarova, Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Lahor şəhərində Pakistanın Pəncab əyalətinin baş naziri Məryəm Nəvaz Şərif ilə görüşüblər.

Görüşdə ölkələrimiz arasında əlaqələr və parlament əməkdaşlığının genişləndirilməsi müzakirə olunub. Bildirilib ki, xalqlarımızın mədəni, dini və mənəvi yaxınlığı ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin əsasını təşkil edir. Vurğulanıb ki, dövlət başçıları arasında sıx siyasi təmaslar, dostluq münasibətləri bütün sahələrdə əlaqələrin inkişafına böyük təsir göstərir, xalqlarımızı və dövlətlərimizi bir-birinə daha da yaxınlaşdırır.

Söhbət zamanı Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin İslamabadda keçirilən üçtərəfli görüşün və orada müzakirə olunan məsələlərin əhəmiyyəti qeyd edilib. Bildirilib ki, parlament sədrlərinin bu üçtərəfli əməkdaşlıq mexanizmi, keçirilən görüşlər, qarşılıqlı səfərlər, o cümlədən nüfuzlu beynəlxalq parlament təşkilatlarında deputatlarımızın birgə fəaliyyəti, prinsipial məsələlərdə ortaq mövqe sərgiləməyi ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin parlament müstəvisində də gücləndirilməsinə xidmət edir.

Görüşdə ikitərəfli və üçtərəfli formatda əməkdaşlığımızın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi