lider-media.az

Pakistan Prezidenti Asif Zardari Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu qəbul edib

Baxış: 23312 Tarix: 14-10-2025, 10:13

Pakistan İslam Respublikasının Prezidenti Asif Zardari İslamabad şəhərində Azərbaycan, Pakistan və Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli görüşündə iştirak edən Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu qəbul edib.

Görüşdə ölkələrimiz və xalqlarımız arasındakı əlaqələr, o cümlədən, parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, sıx siyasi təmaslar və uğurlu əməkdaşlıq xalqlarımızı və dövlətlərimizi bir-birinə daha da yaxınlaşdırır.

Söhbət zamanı, parlamentlərimiz arasında münasibətlərin ölkələrimizin dostluq və qardaşlıq əlaqələrinə mühüm və müsbət təsirləri qeyd olunaraq, bu mənada, Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin üçtərəfli əməkdaşlıq mexanizminin xüsusi əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb. Azərbaycan, Pakistan və Türkiyə qanunvericilik orqanlarının beynəlxalq parlament təşkilatlarında da uğurlu əməkdaşlığı məmnunluqla vurğulanıb.

Görüşdə Azərbaycan və Pakistan arasında ikitərəfli, o cümlədən, üçtərəfli əməkdaşlığın mövcud yüksək səviyyəsindən məmnunluq ifadə olunub, bu çərçivədə parlamentlərimizin töhfələri müsbət qiymətləndirilib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi