lider-media.az

Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Baxış: 23333 Tarix: 11-10-2025, 10:47

“KOB FEST” sərgi-satış yarmarkasında məhsul və xidmətlərini təqdim etmək istəyən KOB-lar noyabrın 3-dək KOBİA-ya müraciət etməlidir.

8-9 noyabr tarixlərində Göyçay rayonunda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçiriləcək yarmarkaya qatılmaqla KOB subyektləri istehsal etdikləri məhsul və xidmətləri geniş istehlakçı auditoriyasına tanıda, satış imkanlarını artıra və yeni biznes əlaqələri qura biləcəklər. 


Yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən Göyçay və ətraf bölgələrdən olan KOB subyektləri noyabrın 3-dək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB Fest – Göyçay” qeyd olunmalıdır). 


Mikro və kiçik sahibkarların yarmarkada iştirak etməsi üçün ödəniş nəzərdə tutulmur.


 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi