Milli Orduda xidmət etmiş, hərbi hissənin qərargah rəisi olmuşdur. Bakı metrosunda baş verən partlayış zamanı onlarla zərərçəkmiş insanı xilas edərkən həlak olmuşdur. “Ulduz” metro stansiyasında və C. Naxçıvanski adına Bakı Hərbi Liseyində büstü qoyulmuşdur. Əslən Naxçıvandan olan Çingiz Yasamal rayonundakı 20 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. O, 1986-cı ildə ali təhsilini başa vurub, təyinatla Azərelektroterm zavodunda əmək fəaliyyətinə başlamışdır. İşləməklə yanaşı Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun nəzdində ingilis dili üzrə ikiillik kursu bitirir. 1992-ci ildə Çingiz Yasamal rayon Əhalinin Əmək və Məşğulluq Mərkəzində aparıcı mütəxəssis vəzifəsinə işə qəbul olunur. O, həmin ilin avqust ayında Vətənin çağırışına səs verib, könüllü olaraq Milli Ordu sıralarına daxil olur. Bir müddət hərbi hissələrin birində qərargah rəisi vəzifəsində çalışır, 1994-cü ildə Azərbaycan
Müdafiə Nazirliyinin sərəncamı ilə C.Naxçıvanski adına hərbi litseyə keçirilir. Burada əvvəlcə taqım komandiri kimi çalışır. Sonra təcrübəsini nəzərə alıb, onu bölük komandirinin siyasi və tərbiyəvi işlər üzrə müavini vəzifəsinə irəli çəkirlər. O, təlim-tədris sahəsində qazandığı yüksək nəticəyə görə komandanlıq tərəfindən “Şah İsmayıl Xətai” Fəxri Fərmanı ilə təltif edilmişdir.
28 oktyabr 1995-ci il… Payız axşamı… Həmişə olduğu kimi Bakı metrosu öz iş rejimi ilə işləyirdi. Metro qatarları sərnişinləri fasiləsiz olaraq mənzil başına çatdırırdı. Birdən “Ulduz” və “N.Nərimanov” stansiyaları arasında hərəkət edən qatar alova büründü. Sərnişinlər özlərini ora-bura vurur, bu bəladan xilas olmağa çalışırdılar. C.Naxçıvanski adına hərbi litseyin zabiti, baş leytenant Ç.Babayev də sərnişinlər arasında idi. O, ilk andan fəryad qoparan insanları xilas etmək üçün təcili tədbir görməyi qərara alır. Çingiz qatarda onunla yol gedən kursantları da səfərbər edib, odun-alovun içinə atılır. Cəsur zabitin göstərdiyi misilsiz təşkilatçılıq və fədakarlıq nəticəsində onlarla insan ölümdən xilas oldu. Ancaq özü amansız ölümün pəncəsindən qurtara bilmədi, başqalarının həyatı uğrunda öz həyatını qurban verdi.
Subay idi.
Bakının Yasamal rayon qəbristanlığında dəfn edilmişdir. Oxuduğu orta məktəbə və yaşadığı binanın önünə xatirə lövhəsi
vurulmuşdur.


Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Fotomüxbirlər Moskvada TASS-ın seminarında iştirak ediblər
Metropolitençi övladlarının rəsm sərgisi açılıb
“Həzi Aslanov” stansiyasında mərhələli yenidənqurma işlərinə başlanılır
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək
Əməyin dəyəri bərabərdirsə, haqqı da bərabər olmalıdır
Günün fotosu
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Bakıda 4 nəfər son anda ölümdən döndü
V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 1-də start götürəcək
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Sentyabrın 18-də gözlənilən hava şəraiti
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Formula 1 altı ildən sonra İstanbula qayıdır
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına
Sentyabrın 17-si saat 9:00-a olan faktiki hava
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sentyabrın 17-də gözlənilən hava şəraiti

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?