lider-media.az

Milli Məclisdə hakimliyə namizədlərlə görüş keçirilib

Baxış: 21114 Tarix: 1-10-2025, 16:21

Oktyabrın 1-də Milli Məclisdə hakimliyə namizədlərlə görüş keçirilib. Tədbir iştirakçılarını salamlayan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli hakim kadrların yüksək nəzəri bilik və peşə hazırlığından söz açıb. O, Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatlarına toxunaraq hakimlərin fəaliyyətində qanunçuluğa, insan hüquqlarının qorunmasına, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına dönmədən əməl olunması ilə bağlı düşüncələrini söyləyib.

Görüşdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri - Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının üzvü Nizami Səfərov, Erkin Qədirli, Kamal Cəfərov çıxış ediblər. Deputatlar məhkəmə hakimiyyətinin və hakimlik fəaliyyətinin xüsusiyyətləri, qanunçuluğun və insan hüquqlarının qorunmasının, beynəlxalq hüququn praktiki tətbiqinin effektivliyinin artırılması ilə bağlı fikirlərini bölüşüblər.

Söhbət məhkəmə sisteminin inkişafı, məhkəmə qərarlarının təkmilləşdirilməsi və onların ədalətin təminində və hüquq sistemindəki rolu  barədə fikir mübadiləsi ilə davam etdirilib.

Tədbir çərçivəsində hakimliyə namizədlər parlamentin inzibati binasında Heydər Əliyevin adını daşıyan xatirə zalını ziyarət ediblər, Plenar iclas zalı ilə tanış olublar.

Tədbir zamanı görüş iştirakçıları xatirə şəkli çəkdiriblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi