lider-media.az

Xarici dövlətlərin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq uğurla davam etdirilir

Baxış: 332 Tarix: 13-05-2024, 18:30

 

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş Prokurorluqları arasında əməkdaşlığın və məlumat mübadiləsinin gücləndirilməsi məqsədilə 6-10 may tarixlərində Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş Prokurorluğu tərəfindən Antalya şəhərində “İnsan hüquqlarının pozulması ilə bağlı araşdırmalarda prokurorların rolu” mövzusunda seminar təşkil edilib. 

  Tədbirdə Azərbaycan, Qırğızıstan, Özbəkistan və Şimali Kipr Türk Respublikasının Baş Prokurorluqlarından nümayəndə heyətləri iştirak ediblər. Azərbaycan nümayəndə heyətini Azərbaycan Respublikasının Baş Prokurorluğunu Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəis müavini Günay Əyyubovanın rəhbərliyi ilə Hacıqabul rayon prokuroru Lalə Hüseynova, Hərbi Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi Səməd Əliyev, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Babək Əliyev və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin prokuroru Gürsel Novruzlu təmsil ediblər.

  Seminarda sülh və insanlıq əleyhinə, insan alveri cinayətləri ilə mübarizə, həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyəti ilə bağlı çıxışlar dinlənilib, bu sahədə əməkdaşlıq mexanizmlərinin inkişafı üzrə müzakirə aparılıb.

  Tədbirdə Günay Əyyubova “İnsan hüquqları və azadlıqlarının səmərəli təmin edilməsinə müasir yanaşma” mövzusunda çıxış edərək, Azərbaycanda və Azərbaycan Respublikasının Baş Prokurorluğunda insan hüquq və azadlıqlarının müdafiəsi üzrə tətbiq olunan müasir yanaşmalar və görülən mütərəqqi yeniliklər barədə ətraflı məlumat verib. 

  Tədbirin yekununda iştirakçılara Türkiyə Respublikasının Ali Məhkəməsi Baş Prokurorluğunun xüsusi sertifikatları təqdim olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi