lider-media.az

İnarə Vəliyeva: Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi üç il ərzində 3 minədək məzun hazırlamağı planlaşdırır

Tarix: 31-01-2024, 11:47


3 il ərzində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi 3 minədək məzun hazırlamağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri İnarə Vəliyeva Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin "Məzun Günü"ndə çıxışı zamanı bildirib.

İnarə Vəliyeva bildirib ki, 2023-cü il ərzində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin 120 məzunu olub.

"Mərkəzin ən kiçik yaşda olan kibertəhlükəsizlik mütəxəssisinin 17, ən yüksəyinin yaşı isə 43-dür. Yanvarın 22-dən üçüncü dalğaya start verilib. 6 ay sonra məzun olacaq 60 tələbə 2000 namizəd arasında seçilib", - deyə İnarə Vəliyeva əlavə edib.

İRİA sədri hazırda qadınların bu sahəyə maraq göstərdiyini də vurğulayaraq İKT sektorunda qızların sayının artdığını bildirib: “Doğrudur İKT, məhz kibertəhlükəsizlik sahəsində qızların sayı elə çox deyil. Lakin artıq Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 30 faizini xanımlar təşkil edir. Ümid edirik, bu sahədə xanımların sayı daha çox olacaq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi