lider-media.az

Vəkillər Kollegiyasının sədri işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüşüb

Baxış: 23167 Tarix: 26-09-2025, 12:51

2025-ci il sentyabrın 26-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüş keçirib.

VK-nın inzibati binasında baş tutan görüşdə sədr Anar Bağırov vəkil köməkçilərini salamlayaraq onları yeni fəaliyyət mərhələsinə qədəm qoymaları münasibətilə təbrik edib, gələcək işlərində uğurlar arzulayıb və son dövrlər Kollegiyada görülən işlərdən danışıb.


Anar Bağırov çıxışında qeyd edib ki, vəkil köməkçiliyi vəkilliyə aparan yolun mühüm mərhələsidir və peşəkar vəkillərin yetişməsində əhəmiyyətli rol oynayır. O vurğulayıb ki, hüquq sisteminin möhkəmlənməsi və cəmiyyətin hüquqi maariflənməsi prosesində vəkillər xüsusi yer tutur, bu səbəbdən savadlı və məsuliyyətli hüquqşünaslara hər zaman ehtiyac var.


Vəkil köməkçilərinin peşə hazırlığının artırılması Kollegiyanın daim diqqət mərkəzində saxlanıldığını deyən sədr gəncləri fəal olmağa, təcrübəli vəkillərin bilik və təcrübəsindən faydalanmağa, eyni zamanda öz peşəkar inkişaflarını davamlı surətdə təkmilləşdirməyə çağırıb.


Həmçinin Anar Bağırov VK Rəyasət Heyətinin 14 oktyabr 2024-cü il tarixli qərarına əsasən vəkil köməkçiləri üçün vəkilliyə qəbul üzrə ixtisas imtahanında iştirakla bağlı ödənişə tətbiq edilən güzəştdən bəhs edərək, bu qərarın gənc hüquqşünasların gələcək karyerası baxımından mühüm təşviq olduğunu diqqətə çatdırıb.


Görüşün sonunda vəkil köməkçilərinə vəsiqələr təqdim olunub.


 







 

 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi