lider-media.az

Yer yarıldı - ANBAAN VİDEO

Baxış: 21355 Tarix: 24-09-2025, 12:54

Tailandın paytaxtı Banqkokda yolun çökməsi nəticəsində böyük çuxur meydana gəlib.  Hadisə anbaan müşahidə kameralarına əks olunub. Belə ki, yerin yarılması nəticəsində nəqliyyat vasitələri çuxura düşüb. 

Hadisə fonunda yolda nəqliyyatın hərəkətini dayandırılıb və ətrafdakı binaların sakinləri evakuasiya edilib.  Səlahiyyətlilər hadisənin su basmış metro inşaatı nəticəsində baş verdiyini və şəhərin musson yağışları altında yeni risklərlə üzləşdiyini bildirib.

Banqkok qubernatoru Çadçart Sittipunt ölən və yaralananların olmadığını, lakin 3 avtomobilin ziyan gördüyünü açıqlayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi