lider-media.az

Bakı Metropoliteni qatar maşinisti peşəsi üzrə təcrübə proqramı elan edir

Baxış: 21152 Tarix: 19-09-2025, 20:25

Bakı Metropoliteni qatar maşinisti peşəsi üzrə təcrübə proqramı elan edir

Bu fürsət sizə gələcək karyeranızı metropolitendə qurmaq imkanı yaradacaq!

 Proqram sizə nə qazandıracaq❓

🔹6 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim

🔹Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi

🔹Təcrübə dövründə aylıq əmək haqqı

🔹Təcrübənin sonunda davamlı işə qəbul imkanı

Kimləri axtarırıq❓

✅Cinsindən asılı olmayaraq, yaşı 22-30 arası olan gəncləri

✅Ali texniki, orta texniki və ilk texniki peşə ixtisaslı məzunları

Seçim prosesi necə aparılır❓

🔹Müsahibə

🔹Texniki biliklərin yoxlanması

🔹Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər

Metropoliten sizə nə vəd edir❓

🔹Metropolitendən ödənişsiz istifadə

🔹Nahar (güzəştli)

Müraciət üçün Bakı Metropoliteninin “[email protected]” e-mail ünvanına “Qatar maşinisti” başlığını qeyd etməklə CV göndərə bilərlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi