Möhtəşəm mədəniyyət hadisəsinə çevrilən "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İran, Qazaxıstan, Qətər, Qvineya, Mərakeş, Özbəkistan və Türkiyə təmsil olunur.
Cıdır düzündə qurulmuş səhnədə, açıq səma altında təqdim olunan konsert proqramlarında müxtəlif ölkələrdən tanınmış ifaçılarla yanaşı, musiqi qrupları, rəqs kollektivləri də çıxış edirlər.
Festivalın iştirakçıları arasında qardaş Özbəkistandan gəlmiş "Abbos" qrupunun da maraqlı çıxışı oldu. Qrupun yaradıcısı Abbos Qasımov AZƏRTAC-a müsahibəsində artıq 3-cü dəfədir ki, Azərbaycanda olduğunu söyləyib.
2015-ci ildə Şəkidə beynəlxalq zərb alətləri festivalında iştirak etdiyini xatırladan qrupun rəhbəri deyib ki, elə həmin vaxtdan onda Azərbaycan milli musiqisinə böyük maraq yaranıb. Şuşaya ilk dəfə gəldiyini məmnunluqla dilə gətirən həmsöhbətimiz deyib ki, burada füsunkar təbiət qoynunda çıxış etməsi ona xüsusi zövq verib.
"Abbos" qrupunu 1998-ci ildə yaratdığını söyləyən A.Qasımov dünyada bir çox beynəlxalq festivallarda uğurla çıxış etdiklərini söyləyib. Onun sözlərinə görə, bu sırada Şuşada keçirilən festival xüsusi yer tutur.
İndoneziyanın "Sendja Community" qrupu da festivalda öz milli musiqi nömrələri ilə çıxış edib. Qrupun üzvü Fariz bin Daniali Azərbaycana gəlməsindən və belə beynəlxalq festivalda iştirak etməsindən məmnunluğunu bildirib. O deyib: "Biz İndoneziyadan olan böyük icmayıq. İlk dəfədir ki, Azərbaycanda çıxış edirik. Azərbaycanda dinlədiyim musiqi əsərləri çox gözəldir. Burada olarkən Şuşa haqqında da geniş məlumat əldə etdik. Öyrəndik ki, bu qədim diyar böyük musiqiçilərin vətənidir. Xüsusilə buranın mənzərəsi heyrətamizdir. Ölkənizlə bağlı maraqlı mədəni təəssüratlarım var. Qismət olarsa, yenə də gəlib böyük məmnunluqla Azərbaycanda keçirilən festivallarda iştirak edərik".
Özbəkistanın "Navbahor" Mahnı və Rəqs Ansamblının solisti Kenceber Şerzodəliyeviç xalqımızın qonaqpərvərliyini yüksək dəyərləndirib.
"Belə möhtəşəm dağları ilk dəfə Şuşada görürəm. Bu yerlərin çox füsunkar təbiəti var. Bu gözəlliyi sözlə ifadə etmək çox çətindir", - deyə Kenceber Şerzodəliyeviç bildirib. O qeyd edib ki, "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı iştirakçılara digər xalqların da adət-ənənələri ilə yaxından tanış olmaq imkanı yaradıb: "Burada olarkən Azərbaycanın qədim "Yallı" rəqsini də öyrənmək imkanımız oldu". Azərbaycan və Özbəkistan xalqlarının qardaş olduğunu söyləyən rəqqas deyib ki, bu qardaşlığın əbədi olması üçün birlikdə çalışmaq lazımdır.
Qeyd edək ki, hər bir əcnəbi iştirakçı festival haqqında, ölkəmiz barədə ağızdolusu danışır. Onlar burada çox doğma, əziz adamları kimi qarşılanıb qəbul edilirlər. Çünki xalqımız hər zaman öz qonaqpərvərliyi ilə seçilib, fərqlənib. Bunu onların hər biri ayrı-ayrılıqda xüsusilə qeyd edirlər. Bu da bizə dünyada yeni dostlar qazandırır. Bütün bunlar bir daha göstərər ki, qarşıdakı illərdə festivalda iştirak edəcək qonaqların sayı, sözsüz ki, artacaq. Çünki illər ötdükcə "Xarıbülbül"ün sorağı dünyaya daha geniş yayılır.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilib
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur
İlham Əliyevin andiçmə mərasimi keçirilib
İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edib
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb