lider-media.az

MEK-də “Üzeyir Hacıbəyli - 140” adlı virtual sərgi istifadəyə verilib

Baxış: 21737 Tarix: 18-09-2025, 13:40

Bu gün Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Hacıbəylinin anadan olmasının 140 ili tamam olur. Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən virtual (https://heyzine.com/flip-book/ca6c797f9e.html ) sərgi hazırlanıb.

“Üzeyir Hacıbəyli - 140” adlı sərgidə bəstəkarın həyat və fəaliyyəti haqqında geniş məlumat, Ümummilli Lider Heydər Əliyevin onun haqqında söylədikləri dəyərli fikirlər, Azərbaycan Respublikası Prezidentinin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” 3 fevral 2025-ci il tarixli Sərəncamı və digər rəsmi sənədlər təqdim edilir. Burada, həmçinin Azərbaycan, rus, ingilis, macar və digər dillərdə Üzeyir Hacıbəylinin həyatını və irsini, Azərbaycan musiqisinin inkişafında oynadığı mühüm rolu vurğulayan “Üzeyir dünyası” layihəsi çərçivəsində nəşr olunan “Ömür salnaməsi”, “Üzeyir Hacıbəyli ensiklopediyası” kitabları, “Bədii və publisistik əsərləri”, “Leyli və Məcnun”, “Koroğlu” operaları, “O olmasın, bu olsun” musiqili komediyası, “Üzeyir Hacıbəyli arxivinin təsviri” və s. nəşrlər var. 

Virtual ilə yanaşı, MEK-də Azərbaycanın dahi bəstəkarların əsərlərinin və musiqi sənətinə dair maraqlı kitabların nümayiş olunduğu eyniadlı ənənvi sərgi də təşkil olunub. Qeyd edək ki, oxucular bu və digər əlamətdar günlərə həsr olunmuş virtual sərgilərlə, electron layihələrlə kitabxananın saytında tanış ola bilər.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi