lider-media.az

Bakı metropoliteninin iş rejimi “Formula 1” ilə əlaqədar 2 saat uzadılacaq

Baxış: 27166 Tarix: 18-09-2025, 11:18

Bakı metropoliteninin iş rejimi “Formula 1” ilə əlaqədar 2 saat uzadılacaq

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC “Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar iş rejimində dəyişiklik edəcək. İdman yarışının təşkilatçısı olan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin müraciətinə əsasən, iki gün metropolitenin iş rejimi 2 saat uzadılacaq. Belə ki, sentyabrın 19-dan 20-nə və 20-dən 21-nə keçən gecələrdə Bakı metropolitenin bütün stansiyaları saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Paytaxtda keçirilən kütləvi tədbirlərlə bağlı təsdiq olunmuş əməliyyat planına əsasən, yarış günlərində şəhər mərkəzinə yaxın stansiyalarda gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
Qatarlar payız-qış qrafikinə uyğun hərəkət edəcək. Tədbirlər planına uyğun olaraq, ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq və zərurət olarsa, xətlərə buraxılacaq. 
Sərnişinlərdən rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi baxımından metropolitendən istifadə qaydalarına və ictimai asayişin tələblərinə, həmçinin sanitar-gigiyenik normalara riayət edilməsi xahiş olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi