lider-media.az

Qanunsuz balıq ovuna qarşı reydlər davam etdirilir

Baxış: 23144 Tarix: 15-09-2025, 15:59

Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi tərəfindən Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə qanunsuz balıq ovuna qarşı reydlər davam etdirilir.

2025-ci il 10 sentyabr tarixində Qaradağ rayonunda yerləşən Heydər Əliyev adına Dərin Özüllər Zavodu yaxınlığında yerləşən ərazidə keçirilmiş reyd zamanı balıqovlama bileti olmadan qanunsuz balıq ovlayan vətəndaşlar Elşən Əliağa oğlu Həmzəyev və Mehman Xəlil oğlu Babayev müəyyən edilərək barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. Onlardan tor vasitəsilə qanunsuz ovlanmış 1873 ədəd krevet götürülərək müvəqqəti saxlanması üçün Su Nəqliyyatında Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilib.

Qanunsuz balıq ovunun qarşısının alınması, su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə müvafiq dövlət qurumları tərəfindən mütəmadi olaraq nəzarət tədbirlərinin həyata keçirilməsi davam etdiriləcək.

İctimaiyyətə bir daha xatırladırıq ki, qanunsuz balıq ovu qadağandır və bu kimi hallara yol verən şəxslər barəsində qanuni tədbirlər görüləcəkdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi