lider-media.az

DOST ucqar kənd məktəblilərini sevindirdi

Baxış: 21245 Tarix: 15-09-2025, 15:44

DOST Agentliyi bu il də “Bilik Günü” ilə əlaqədar ucqar dağ kəndlərində yaşayan şagirdləri sevindirib.

“DOST sevinci” layihəsi çərçivəsində əməkdaşlarımız və “Könüllü DOST” proqramının iştirakçıları arasında toplanılan məktəb ləvazimatları ucqar dağ kəndlərində yaşayan ibtidai sinif şagirdlərinə hədiyyə edilib.

İsmayıllı rayonunun Lahıc, Kürdmaşı, Xanagah və Təzəkənd kənd orta məktəblərində, həmçinin ətraf kəndlərin uşaqları üçün İsmayıllı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində ümumilikdə 276 şagirdə məktəb ləvazimatları təqdim edilib.

“Könüllü DOST” proqramının təşkilatçılığı ilə həyata keçirilən layihənin məqsədi korporativ sosial məsuliyyətliliyin inkişaf etdirilməsi, rayon ictimaiyyətinin “DOST” konsepsiyası ilə bağlı daha yaxından məlumatlandırılması, həmçinin məktəbliləri, xüsusilə birinci sinifə başlayan uşaqları sevindirmək və onlara təhsilin önəmini aşılamaq olub.

Layihənin həyata keçirilməsində iştirak edən hər bir DOST əməkdaşına və könüllülərə təşəkkür edirik.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi