lider-media.az

Heydər Əliyev Fondunun yaranmasının 20 illiyi münasibətilə gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

Baxış: 427 Tarix: 10-05-2024, 21:44

 Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü, habelə Heydər Əliyev Fondunun yaranmasının 20 illiyi münasibətilə mayın 10-da gənc prokurorluq əməkdaşlarının Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil olunub.

  Ziyarətdə əsas məqsəd Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev irsinin gənc əməkdaşlar tərəfindən dərindən öyrənilməsi və mənimsənilməsi, habelə xalqımızın milli-mədəni və mənəvi dəyərlərinin qorunub saxlanılmasına, onların təbliğinə, gənclərlə iş birliyinə, təhsilin və səhiyyənin inkişafına böyük töhfələr verən Heydər Əliyev Fondunun genişmiqyaslı fəaliyyəti ilə tanışlıq olub.

  Ekskursiyanın iştirakçılarına Ümummilli Liderin həyat yolu barədə maraqlı faktlar, foto və videomateriallar təqdim olunub, həmçinin, Azərbaycan mədəniyyətini və tarixini dünyada daha geniş tanıdılmasında əvəzsiz xidmətləri olan Heydər Əliyev Fondunun fəaliyyəti barədə məlumat verilib. 

   Ulu Öndərin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin öyrənilməsi, həmçinin Azərbaycan tarixi və mədəniyyətinin, Azərbaycan dilinin və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılmasına böyük imkanlar açan Heydər Əliyev Mərkəzindən ziyarətçilər zəngin təəssüratlarla ayrılıb.

  Sonda xatirə fotoşəkli çəkilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi