lider-media.az

Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov:Nazirin rütbəni bir pillə aşağı salmaq səlahiyyəti olmalıdır

Baxış: 211 770 Tarix: 9-09-2025, 16:21

Nazirin rütbəni bir pillə aşağı salmaq səlahiyyəti olmalıdır - Şahin Məmmədov

Hərbi rütbə vermək səlahiyyəti olan şəxsin hərbi rütbəni aşağı salmaq səlahiyyəti olmalıdır.  Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsində müzakirəsi zamanı Daxili Qoşunların Komandanı Şahin Məmmədov bildirib.

General-leytenant bildirib ki, qanun layihəsində daxili işlər nazirinin səlahiyyətlərində daxili qoşunların hərbi qulluqçularına hərbi rütbələr verilməsi nəzərdə tutulub.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda həmin vəzifələrin aşağı salınması da müəyyən olunub. Daxili işlər nazirinə “Daxili qoşunlar haqqında” yeni qanun layihəsində polkovnik hərbi rütbəsindən başlayaraq aşağı rütbəli zabitlərin rütbələrini bir pillə aşağı salmaq səlahiyyəti verilməlidir”, - deyə o qeyd edib.

Nazir müavini əlavə edib ki, daxili qoşunların komandanı mayor rütbəsi daxil olmaqla hərbi rütbələr verə bilir.

"Təklifim kapitan hərbi rütbəsindən başlayaraq aşağı hərbi rütbəli zabitlərin rütbələrinin bir pillə aşağı salınması səlahiyyətinin təsbit edilməsidir. Mövcud qanunvericilikdə müdafiə nazirinin müavinlərinə də eyni səlahiyyət verilib. Uyğunlaşdırılmanın aparılması daha doğru olardı", - deyə Şahin Məmmədov fikrini tamamlayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi