Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 40 mindən çox xidmət göstərilib
Yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 30.121 şəxs qəbul edilib. Mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 40.897 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz çoxdur.
Ümumi xidmətlərin 86 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:
Yanvar-avqust aylarında vergi ödəyicilərinə 663.309 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 77 görüş keçirilib, 323 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 2.318 müraciət üzrə 4.133 Asan İmza sertifikatı verilib.