"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə təşkil etdiyi "Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı" layihəsinin icrasına başlanılıb.
Layihə çərçivəsində 1 sentyabr tarixində Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin Şəhid Yaxınları və Qazilər Baş İdarəsinin təmsilçiləri və şəhid ailələri üzvlərindən ibarət 20 nəfərlik heyətin ölkəmizə səfəri başlayıb.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanan heyət öncəliklə Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzüblər. Şəhidlər xiyabanı və "Türk şəhidliyi" abidəsini də ziyarət edən nümayəndə heyəti Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizi dərin ehtiramla yad ediblər. Daha sonra qonaqlar Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ofisini ziyarət edərək Agentlik rəhbərliyi ilə görüşdə iştirak ediblər. Agentliyin İcraçı direktoru Aygün Əliyeva Türkiyə şəhid ailələrini ölkəmizdə görməkdən qürur duyduqlarını bildirib və bu layihənin iki qardaş ölkənin ortaq milli-mədəni dəyərlərinin təbliği baxımından mühüm əhəmiyyətə sahib olduğunu vurğulayıb.Günün sonunda Türkiyə nümayəndə heyəti üçün Bakı şəhərinin mərkəzinə gəzinti təşkil olunub. Gəzinti zamanı qonaqlar Dənizkənarı Bulvar, Dağüstü park və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət ediblər. 2 sentyabr tarixində ölkəmizə səfər edən qonaqlar üçün Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər təşkil edilib. Səfər çərçivəsində iştirakçılar əvvəlcə Xocalı şəhər 1 nömrəli tam orta məktəbi ziyarət edib, daha sonra isə Qarabağ Universitetinə baş çəkərək ali təhsil müəssisəsinin fəaliyyəti və inkişaf perspektivləri barədə ətraflı məlumat alıblar. Günün davamında qonaqlar Şuşa qalası, Cıdır düzü, Yuxarı Gövhər Ağa Məscidi və Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhərindəki Xüsusi Nümayəndəliyində olublar və onlara şəhərin tarixi, mədəni və strateji əhəmiyyəti barədə məlumat verilib.









“Caspian Agro” sərgisində iştirak edən xarici nümayəndə heyətləri Fəxri və Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət ediblər
Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu
Bəzi bələdiyyələr birləşdirilir
Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi QAYDALARI
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb