Gəncə İdman Sarayında şəhər icra hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılıqları ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri baş tutub.
Lider-media.az xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki vitse-konsulu Şota Dolidze, Özbəkistanın Gəncədəki fəxri konsulu Kənan Cəlilov, Quru Qoşunları komandanının müavini general-mayor Vasif Kazımov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, idarə, müəssisə, təşkilat rəhbərləri, idmançılar və gənclər iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb, xatirəsinə dərin ehtiram ifadə olunub.
Sonra turnirin açılış mərasimi baş tutub. Mərasim Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
N.Bayramov çıxışında bildirib ki, ölkəmizdə idman siyasətinin əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə idmanın inkişafına xüsusi diqqət yetirib. Əsası Ümummilli Lider tərəfindən qoyulan idman siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxış edən natiqlər Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkənin bütün sahələrinə olduğu kimi, idman sahəsinə göstərdikləri misilisiz xidmətlərindən bəhs ediblər.
Çıxışlardan sonra açılış mərasiminin bədii hissəsi baş tutub. Baletmeyster Sənan Cavadovun rəhbərliyi ilə “Xəmsə” uşaq rəqs ansamblının “Qələbə” rəqsi, Zeynəb Abdullayevanın “Ağlımdan çıxmırsan” və Söhrab İbrahimovun bədii rəhbərlik etdiyi Uşaq İncəsənət Məktəbinin “Xəmsə” nağaraçalanlar ansamblının ifası tamaşçılar tərəfindən coşqu ilə qarşılanıb.
Bədii hissə yekunlaşdıqdan sonra yarışa start verilib.
Yarışda yeniyetmə oğlanlardan ibarət 4 komanda mübarizə aparıb. Federasiya tərəfindən regionlarda təsis edilən Gəncə, Tovuz, Hacıqabul və Oğuz kollektivləri qüvvəsini sınayıb. Birinci görüşdə Gəncə və Hacıqabul komandaları üz-üzə gəliblər. Turnirin final oyununda Oğuz və Hacıqabul komandaları qarşılaşıblar. Görüşdə Oğuz komandası qələbə qazanaraq yarışı ilk pillədə tamamlayıb.
Yekunda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı rəsmilərlə birgə komandalara diplom, medal, qalib kollektivə isə kubok təqdim edib.
Sonda xatirə şəkli çəkdirilib.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib
“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub
Binəqədi rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Azərbaycan mənim ürəyimdir...” adlı tədbir keçirildi
“Dövlətin təhlükəsizliyi naminə” - MƏQALƏ
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb