lider-media.az

YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib

Baxış sayı: 94 Tarix: 3-05-2024, 20:54

Mayın 3-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib.

Yığıncaqda YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanov iştirak ediblər.

Partiyadan verilən məlumata görə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla y

Sonra yığıncağın gündəliyi barədə məlumat verilib. Gündəliyə YAP Həmkarlar İttifaqı Komitəsinin 2023-cü il avqustun 25-dən 2024-cü il mayın 3-dək olan dövrü əhatə edən fəaliyyətinə dair hesabatı, YAP Həmkarlar İttifaqı Komitəsi Təftiş Komissiyasının həmin dövr üçün hesabatı və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının VII qurultayına nümayəndələrin seçilməsi məsələləri daxil edilib. Gündəlik səsə qoyularaq təsdiqlənib.

Daha sonra YAP Həmkarlar İttifaqı Komitəsinin sədri Məhəmməd Məhərrəmov komitənin fəaliyyətinə dair hesabatla çıxış edib.

Yığıncaqda Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin Təftiş Komissiyasının sədri Zəkiyyə Musayevanın təşkilatın gəlir və xərclərinin təftişinin nəticələri barədə hesabatı dinlənilib.

Təqdim olunan hesabatlardan sonra müzakirələr aparılıb.

Çıxış edən YAP Gənclər Birliyi sədrinin müavini, YAP Həmkarlar İttifaqı Komitəsinin gənclər və idman məsələləri üzrə daimi komissiyanın sədri Fəsli Nəbiyev və YAP Həmkarlar İttifaqı Komitəsinin mədəni-kütləvi tədbirlər üzrə daimi komissiyanın sədri Xatirə Əliyeva hesabat dövrü ərzində fəaliyyətin qənaətbəxş qiymətləndirilməsini təklif ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının sədri Hikmət Osmanov YAP Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətini müsbət dəyərləndirib. Qeyd edib ki, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı bundan sonra da işçilərin əmək və sosial hüquqlarının təmin olunması ilə əlaqədar YAP Həmkarlar İttifaqı Komitəsi ilə fəal əməkdaşlıq edəcək.

Yığıncaqda YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxış edərək, partiyanın Həmkarlar İttifaqı Komitəsinin hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndirib. Bildirib ki, Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətində ünvanlılıq, şəffaflıq və sosial ədalət prinsipləri daim əsas götürülməlidir. YAP Mərkəzi Aparatının rəhbəri təşkilatın bundan sonrakı dövrdə işini daha səmərəli qurması üçün müvafiq tövsiyələrini verib.

Müzakirələrin sonunda hesabat yığıncağının müvafiq qərarı qəbul olunub. Komitənin hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

İclasda, həmçinin YAP Həmkarlar İttifaqı təşkilatından Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının VII qurultayına iki nəfər nümayəndənin seçilməsi barədə qərar qəbul edilib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi