lider-media.az

Mehriban Əliyeva ilə Anna Akopyan birgə şəkil çəkdirdi

Baxış: 31621 Tarix: 1-09-2025, 19:14

mehriban-eliyeva-ile-anna-akopyan-birge-sekil-cekdirdi

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva bu gün Çinin Tiencin şəhərində Hayha çayında gəmi gəzintisində iştirak ediblər. Gəzinti çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistan Baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyanla birgə şəkil çəkdirib.

Fotoların birində Türkiyənin birinci xanımı Əminə Ərdoğan da yer alıb. Məlumata görə, Mehriban Əliyeva ilə Anna Akopyan ilk dəfə məhz ötən gün Çində bir araya gəliblər.

Qeyd edək ki, gəmi gəzintisinə Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuan və “Şanxay Əməkdaşlıq Təşkilatı plyus” formatında keçirilən görüşdə iştirak edən dövlət və hökumət başçılarının xanımları da qatılıb.





OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi