lider-media.az

Qatar Bakıdan Ağdama yola düşdü

Baxış: 26308 Tarix: 30-08-2025, 09:18

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu gün Bakı-Ağdam-Bakı marşrutu üzrə ilk sərnişin qatarı yola düşüb. Hərəkət cədvəlinə əsasən, qatar şənbə günləri Bakıdan saat 07:10-da yola düşüb, Ağdama 11:53-də çatacaq. Ağdamdan saat 18:20-də çıxan qatar isə saat 22:55-də Bakı Dəmiryol Vağzalında olacaq.

Sərnişinlər marşrut üzrə Bakı, Biləcəri, Ucar, Ləki, Yevlax, Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyalarından istifadə edə biləcəklə/ Sərnişinlərə standart, standart+, biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunacaq. Bakıdan Bərdə və Köçərli stansiyasına, Təzəkənd dayanacağına biletlərin minimum qiyməti 12 AZN, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinə isə 12,80 AZN təşkil edir.

Səfər zamanı qatarda ödənişsiz “Wi-Fi” xidmətindən yararlanmaq mümkün olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi