lider-media.az

FHN III MDB Oyunlarına hazırlıqla əlaqədar maarifləndirmə tədbiri keçirib

Baxış: 21213 Tarix: 29-08-2025, 10:44

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi sahəsində əsas istiqamətlərdən biri olan əhalinin yanğın təhlükəsizliyi qaydaları barədə maarifləndirilməsi üzrə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə, Xidmətin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları respublikamızda keçiriləcək III MDB Oyunlarına hazırlıqla əlaqədar yanğın təhlükəsizliyi mövzusunda maarifləndirmə tədbiri təşkil edib. Gəncə İdman Sarayında keçirilən tədbirdə Gəncə şəhər stadionunun və Gəncə Olimpiya İdman Kompleksinin kollektivi iştirak edib.

Tədbirdə baş verə biləcək yanğınlar zamanı ilkin zəruri davranış qaydaları ilə əlaqədar geniş məlumat verilib, təxliyə planından düzgün istifadə olunmasının vacibliyi diqqətə çatdırılıb. Həmçinin, ərazilərin təmiz, yanğına qarşı su təchizatı qurğularının işlək vəziyyətdə saxlanılmasının, ehtiyat çıxış yollarında sərbəst hərəkətin daim təmin edilməsi və ilkin yanğınsöndürmə vasitələri ilə təchizatın zəruriliyi vurğilanıb.

Tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, suallar cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi