lider-media.az

102 yaşlı alpinist Ginnesin Rekordlar Kitabına adını yazdırıb

Baxış: 28177 Tarix: 28-08-2025, 11:09

102 yaşlı Kokiçi Akuzava Fuci dağının zirvəsinə qalxan ən yaşlı insan kimi tarixə düşüb. 
Lider-media.az xəbər verir ki, 1923-cü ildə Yaponiyada anadan olan Kokiçi Akuzava 3,776 m (12,388 fut) yüksəklikdə zirvəni 51 gündə fəth etməklə Ginnesin Rekordlar Kitabına düşüb.  
96 yaşında da həmin zirvəyə qalxan yaponiyalı kişi deyib: "Mən orada olmuşam və mənzərəni dəfələrlə görmüşəm, bu, xüsusi bir şey deyildi. Zirvəyə qalxdığım üçün çox məmnunam"
Zirvəni fəth etməkdə ona 70 və 75 yaşlı qızları Motoe və Yukiko dəstək olublar, həkim nəvəsi isə tibbi yardım göstərib. 
Qeyd edək ki, təcrübəli alpinist bundan əvvəl, 2022-ci ildə 99 yaşını qeyd etmək üçün Tokio yaxınlığındakı 4177 fut hündürlüyü olan Nabevariyama dağını da fəth edib. 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi