lider-media.az

"Memar Əcəmi" stansiyasının keçidində təmir işləri yekunlaşdı

Baxış: 211 Tarix: Сегодня, 20:47

"Memar Əcəmi" stansiyasının keçidində təmir işləri yekunlaşdı

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC Yaşıl xətdə yerləşən "Memar Əcəmi" stansiyasının Cavadxan küçəsi istiqamətində olan keçidi və giriş-çıxışlarında aparılan əsaslı təmir işlərini yekunlaşdırıb.
1985-ci ildən istismar edilən keçiddə təmir zamanı köhnə divar üzlükləri, döşəmə daşları və bəzi konstruksiyalar texniki-təhlükəsizlik qaydalarına riayət olunmaqla, mərhələli şəkildə dəyişdirilib. Divar və döşəmə üzlükləri daha keyfiyyətli analoqları ilə əvəzlənib, keçidin tavanı yüksək keyfiyyətli inşaat materialları ilə təmir olunub.
Giriş-çıxışların ətrafı, yerüstü sahə abadlaşdırılıb, keçidin çöl hissəsində yan divarların ətək zonası genişləndirilərək səki formasına salınıb.
Piyadaların, fiziki məhdudiyyətli insanların, o cümlədən uşaq arabaları ilə hərəkət edən şəxslərin rahatlığını təmin etmək məqsədilə keçidin üst hissəsində yerə xırda tamet daşları döşənib, panduslar yerləşdirilib və istirahət üçün oturacaqlar quraşdırılıb.
Həmçinin yerüstü hissə metal dirəklərlə çəpərlənərək ətrafda avtomobillərin səbəb olduğu xaotik vəziyyətin qarşısı alınıb.  


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi