lider-media.az

“Məzunların məşğulluq reytinqi” layihəsi İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin “Uğur hekayələri hesabatı”na daxil edilib

Baxış: 24287 Tarix: 21-08-2025, 17:36

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Məzunların məşğulluq reytinqi” layihəsi BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqının dəstəyi ilə keçirilmiş İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin (WSIS) 2025-ci il üzrə “Uğur hekayələri hesabatı”na daxil edilib.

Layihə Elektron məşğulluq (e-Employment) istiqaməti üzrə seçilmiş uğurlu nümunələrdən biri kimi təqdim olunub. Bu rəqəmsal platformanın əsas məqsədinin ali və orta ixtisas təhsili müəssisələrinin məzunlarının əmək bazarındakı məşğulluq göstəricilərinin təhlili, təhsil müəssisələrinin reytinqinin müəyyənləşdirilməsi olduğu vurğulanıb.

Hesabatda “Məzunların məşğulluq reytinqi” platformasının gənclərin işəgötürənlər tərəfindən tələbatının daha yüksək olduğu ixtisaslara yönəldilməsinə şərait yaratdığı və əmək bazarının tələblərinə uyğun kadr hazırlığı siyasətinə töhfə verdiyi qeyd olunub.

Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin əməkdaşının çəkdiyi, “WSIS Photo 2025” müsabiqəsində qalib olan foto barədə məlumat da “WSIS Stocktaking+20” hesabatında dərc edilib.

Bu layihələrin WSIS Hesabatlarına daxil edilməsi ölkəmizdə sosial sahədə rəqəmsal transformasiya, məşğulluğun təşviqi və gənclərin karyera inkişafının dəstəklənməsi istiqamətində atılan addımlara beynəlxalq səviyyədə də yüksək qiymət verildiyini göstərir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi