Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Zəfər” şahmat turnirinin qaliblərinin Şuşa şəhərinə infoturunu təşkil edib. Tədbir Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə həyata keçirilib. Dövlət Komitəsinin bu ilin may ayında keçirdiyi, Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turnirində məcburi köçkün məktəblilər iştirak ediblər. Turnirin qaliblərinin – ilk üç yeri tutanların və həvəsləndirici mükafatlara layiq görülənlərin işğaldan azad edilmiş ərazilərə səfərinin təşkilində məqsəd onları doğma yurd yerlərimizlə və geri qayıdan əhalinin yaşayış şəraiti ilə yaxından tanış olmasına şərait yaratmaqdır. Yeniyetmə şahmatçılar Şuşa şəhərində Prezident İlham Əliyevin tapşırıqları və Böyük Qayıdışa dair I Dövlət Proqramının Tətbirlər Planı çərçivəsində aparılan bərpa-quruculuq işləri ilə tanış olub, Şuşa qalasına, Molla Pənah Vaqifin məqbərəsinə, Yuxarı Gövhər Ağa Məscidinə, İsa bulağına və Cıdır düzünə baş çəkiblər. Ölkəmizin mədəniyyət paytaxtından məktəblilər xoş təəssüratla ayrılıblar. Dövlət Komitəsi Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində işğaldan azad edilmiş ərazilərə infoturları davam etdirəcəkdir. Qeyd edək ki, infotur işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması tədbirləri çərçivəsində həyata keçirilib.







Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
Xüsusi icra məmurları haqqında Azərbaycan Respublikasının Qanunu
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Leyla və Arzu Əliyeva uşaq evlərinin komandaları arasındakı turniri izləyiblər
Qəhrəmanlı qəsəbəsində şəhid Pərvin Əliyevin xatirəsinə həsr olunmuş futbol turnir
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb