lider-media.az

Özəl sektor tərəfindən qeyri-neft-qaz sektoruna yönəldilən investisiyalar artıb

Baxış: 21422 Tarix: 11-08-2025, 16:32

Məqsədyönlü iqtisadi islahatlar, əlverişli hüquqi və institusional mühitin formalaşdırılması nəticəsində Azərbaycanın investisiya cəlbediciliyi, xarici və yerli sərmayədarların marağı daha da artır. Ölkəmizdə reallaşdırılan uğurlu sosial-iqtisadi inkişaf strategiyasının nəticələri “Moody’s”, “Fitch Ratings” kimi beynəlxalq reytinq agentliklərinin son hesabatlarında da təsdiqini tapır, ölkəmizin kredit reytinqi yüksəlir. 

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatında əsas kapitala qoyulan xarici investisiyalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 28.6% artaraq 2 mlrd. manatdan çox olub. Bu ilin birinci yarısında özəl investisiyalar 16.5% artaraq 4.1 mlrd. manat təşkil edib. Özəl sektor tərəfindən qeyri-neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 27.8% artaraq 2.2 mlrd. manata yaxın olub. Ümumilikdə cari ilin birinci yarısında ölkə iqtisadiyyatına kredit qoyuluşu 12%-dən çox artaraq 30.2 mlrd. manatı ötüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi