lider-media.az

Metronun iş qrafiki dəyişəcək

Baxış: 21775 Tarix: 11-08-2025, 12:30

Avqustun 12-də metro gücləndirilmiş rejimdə işləyəcək. Bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
 Bildirilib ki, Bakı metropoliteni "Qarabağ" futbol klubu və Şimali Makedoniya təmsilçisi "Şkendiya" arasında UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək matçla əlaqədar iş rejimində dəyişiklik edəcək.

Qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən "Gənclik", həmçinin "28 May" və "Nərimanov" stansiyalarında əlavə tədbirlər görüləcək:

"Sərnişinlərin rahat və təhlükəsiz gediş-gəlişi üçün:

- Xüsusi növbətçilik cədvəli tərtib olunacaq

- Stansiyalarda əlavə işçi qüvvəsi ayrılacaq

- Sərnişinlərin yönləndirilməsi və nizamlı hərəkəti təmin ediləcək

Qatarların hərəkəti yay qrafikinə uyğun davam etdiriləcək, eyni zamanda xəttə buraxılması üçün ehtiyat qatarlar hazır saxlanılacaq".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi