lider-media.az

Mərkəzi Seçki Komissiyası Səhiyyə Nazirliyi və TƏBİB-lə birgə seminar keçirib

Tarix: 30-01-2024, 16:31


2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birgə layihəsi çərçivəsində yanvarın 30-da seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının müxtəlif statuslu seçki iştirakçılarını əhatə edən genişmiqyaslı maarifləndirmə proqramı çərçivəsində reallaşdırılan tədbir, səhhəti ilə əlaqədar seçicilərin müvəqqəti olduqları yerlərdə prezident seçkilərinin təşkilinə dair məsələlərin müzakirəsinə həsr olunub.

Seminarın açılışından sonra Mərkəzi Seçki Komissiyası, Səhiyyə Nazirliyi və TƏBİB-in təmsilçiləri çıxış edərək, səhhəti ilə əlaqədar müvəqqəti məskunlaşma yerlərində olan şəxslərin seçici kimi əhatə dairəsinin müəyyənləşdirilməsi və seçki məntəqələrinin yaradılması, həmin məntəqələrdə səsvermənin təşkili, səslərin sayılması və nəticələrin ictimailəşdirilməsi barədə ətraflı məlumat veriblər. Həmçinin seçicilərin səhhəti ilə əlaqədar müalicə müəssisələrində yerləşdirilməsi, müəssisədən müəssisəyə köçürülməsi, çıxarılması, onların qeydiyyatı və siyahıların tərtib edilməsi qaydaları, səsvermə günü məntəqə seçki komissiyalarının rol və vəzifələri, seçki günü prosedurları da aydın şəkildə izah olunub.

Tədbir Mərkəzi Seçki Komissiyası, Səhiyyə Nazirliyi və TƏBİB-in nümayəndələri, Komissiya Katibliyinin aidiyyəti struktur bölmələrinin əməkdaşları, müvafiq dairə və məntəqə seçki komissiyalarının sədrləri və media mənsublarının iştirakı ilə keçirilib.

Seminarın sonunda gündəlikdəki mövzularla bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi