lider-media.az

Polis Akademiyasında prokurorluğun təcrübəli əməkdaşları ilə kursantlar arasında görüş keçirilib

Baxış: 332 Tarix: 7-05-2024, 20:07

Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə Daxili İşlər Nazirliyinin Polis Akademiyası arasında imzalanmış 14 iyul 2023-cü il tarixli memoranduma əsasən, hər iki qurum arasında əməkdaşlığa mühüm töhfə verən birgə tədbirlər həyata keçirilir.

  Keçən müddət ərzində bir çox tədris, elmi-tədqiqat, əməkdaşlıq tədbirləri reallaşdırılmış, peşə hazırlığının təşkili sahəsində mühüm birgə nailiyyətlər əldə edilib.

  Bu tədbirlərin davamı olaraq mayın 7-də Polis Akademiyasında Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Mahir Abbasov və Sumqayıt şəhər prokuroru Mürvət Həsənovla Akademiyanın kursantları və əməkdaşları görüşüb.

  Görüşdə prokurorluğun əməkdaşları istintaq təcrübəsi, cinayət, cinayət-prosessual hüquq, kriminalistika və kriminologiyadan irəli gələn bir çox aktual mövzular üzrə öz zəngin təcrübəsi ilə bölüşüb, maraq doğuran sualları ətraflı cavablanıb.

  Gələcəkdə bu qəbildən olan tədbirlərin davam etdirilməsi qərara alınıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi