lider-media.az

MEK-də Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə sərgi

Baxış: 183 Tarix: Вчера, 14:20

 


Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə ənənəvi sərgi keçirilir.


Sərgidə Azərbaycan dilinin tarixi inkişaf mərhələlərini, əlifbamızın keçdiyi təkamül yolunu əks etdirən nəşrlər, həmçinin mövzu ilə bağlı sərəncam və fərmanlar, görkəmli elm xadimlərinin fikirləri nümayiş olunur.


Qeyd edək ki, müstəqil Azərbaycanın dil və əlifba siyasətində mühüm mərhələ Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də qəbul edilən Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbit edilib. Eyni zamanda, 2001-ci il avqustun 9-da Ulu Öndər Heydər Əliyevin imzaladığı fərmana əsasən, 1 avqust ölkədə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.


Mərkəzi Elmi Kitabxanada təşkil edilən sərgidə “Heydər Əliyevin dil siyasəti”, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”, “Azərbaycan dilinin izahlı lüğəti”(4 cilddə), “Azərbaycan dilinin dialektoloji atlası”, “ Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”, “Azərbaycan dilçiliyi müntəxəbatı”, “Dilə sevgi, yurda sevgi”, müxtəlif illərə aid Azərbaycan dili dərslikləri və vəsaitləri, həmçinin digər dəyərli nəşrlər sərgilənir.


Sərginin keçirilməsində əsas məqsəd dilimizin qorunması və inkişafı istiqamətində maarifləndirmə işinə töhfə vermək, eləcə də oxuculara Azərbaycan dilinin zəngin tarixi ilə daha yaxından tanışlıq imkanı yaratmaqdır.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi