lider-media.az

Şəhid idmançı

Baxış: 21605 Tarix: 31-07-2025, 10:28

2021/09/seh-l-1631955214.jpg
Sadiq Şahin oğlu Bağırzadə 15 aprel 2002-ci ildə Astaranın Ərçivan qəsəbəsində doğulub. 2008-ci ildə şəhid Natiq Kərimov adına Astara rayon Ərçivan qəsəbəsinin 3 nömrəli tam orta məktəbinin 1-ci sinfinə gedib.
Evin tək oğlu olan Sadiq 2019-cu ildə məktəbi bitirib. Kiçik yaşlarından boksla məşğul olub. Boks üzrə Azərbaycan komandasının üzvü olub. İdman karyerasında medallar qazanıb və diplomla təltif edilib, respublika birincisi olub.
2020-ci il mayın 2-də əsgərliyə yollanıb. Xüsusi təyinatlı kəşfiyyatçı kimi 4 ay ərzində təlimdə olub.
Vətən Müharibəmiz zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib. Ön cəbhədə vuruşub, Murovdağ yüksəkliyinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib, xeyli düşmən əsgərini məhv edib. Sentyabrın 30-da düşmən gülləsinə tuş gələrək şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 15-i tarixli Sərəncamına əsasən Sadiq Bağırzadə ölümündən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medallatı ilə təltif edilib.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi