lider-media.az

Son 6 ayda əlilliyi olan 7,2 mindən çox şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib

Baxış: 19140 Tarix: 26-07-2025, 15:39

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 2025-ci ilin 6 ayı ərzində əlilliyi olan 7249 şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib.

Onlardan 2853 şəxs münasib işlərlə təmin edilib, 762 şəxs isə öz kiçik təsərrüfatlarını qurmaları üçün özünüməşğulluq proqramına cəlb edilib. Onlar üçün ilk mərhələdə kiçik biznesin təşkili və idarəedilməsi üzrə təlimlər təşkil edilib. Təlimləri başa vuranlara seçdikləri iqtisadi fəaliyyət növü üzrə aktivlər təqdim olunur.

Cari ilin ilk yarımilində əlilliyi olan 213 şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub. Bu kateqoriyadan olan 3421 şəxsə isə peşəyönümü məsləhət xidməti göstərilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi