lider-media.az

Qaradağ rayonunda“Qərbi Azərbaycan İrsi” kitabının birinci cildinin təqdimat mərasimi keçirilib

Baxış: 6134 Tarix: 22-07-2025, 17:10

   Bu gün, 22 iyul 2025-ci il tarixində, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan İrsi” kitabının birinci cildinin təqdimat mərasimi keçirilib.

   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Səbinə Xasayeva, Qərbi Azərbaycan İcması Aparatının baş koordinatoru Faiq Kərimov, icra hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

  Çıxış edənlər kitabın elmi və ictimai əhəmiyyətindən danışaraq qeyd ediblər ki, əsrlər boyunca Qərbi Azərbaycan torpaqlarında formalaşmış zəngin mədəni irs bu gün də xalqımızın mənəvi yaddaşında yaşayır və gələcək nəsillərə ötürülməsi zəruridir. “Qərbi Azərbaycan İrsi” kitabının nəşri bu istiqamətdə atılmış mühüm addımdır.

   Vurğulanıb ki, Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımızın doğma yurdlarına qayıdışı Azərbaycanın milli maraqlarına və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Bu məsələ bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müdrik siyasətin əsas prioritetlərindən biridir. Şanlı Zəfərimizdən sonra bu istiqamətdə tarixi prosesin təməli qoyulmuşdur və xalqımız əmindir ki, Möhtərəm Prezidentimizin siyasi iradəsi və qətiyyəti sayəsində Qərbi Azərbaycana qayıdışın ədalətli həlli beynəlxalq səviyyədə təmin olunacaqdır.

   Sonda tədbir iştirakçıları “Qərbi Azərbaycan İrsi” kitabının birinci cildi ilə yaxından tanış olublar və kitabın təqdimatı ilə bağlı fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi