lider-media.az

Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti Türkiyədə səfərdədir

Baxış: 25179 Tarix: 22-07-2025, 16:55

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerin dəvəti ilə “IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün qardaş ölkədə səfərdədir. 
İyulun 22-də Müdafiə Nazirliyinin rəhbər heyəti İstanbul şəhərində keçirilən “IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin açılış mərasimində iştirak edib.
Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tədbirdə çıxış edərək iştirakçıları salamlayıb.
Müdafiə nazirinin qardaş ölkəyə səfəri çərçivəsində sərgidə nümayiş etdiriləcək hərbi silah və texnika ilə tanışlıq, həmçinin bir sıra görüşlərin keçirilməsi planlaşdırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi